FAQ

Tez-tez verilən suallar

PakMazar xidməti, sifariş prosesi, ödəniş və hesabatla bağlı ən çox verilən sualların cavablarını burada tapa bilərsiniz.

PakMazar xidməti necə işləyir?

PakMazar mobil tətbiqində şəhəri və qəbiristanlığı seçirsiniz, mərhumun ad-soyadını, doğum və ölüm tarixini daxil edirsiniz. Daha sonra məzarın yerini qeyd edir, xidmət paketini və təmizlik vaxtını seçirsiniz. Ödəniş tamamlandıqdan sonra sifarişiniz yaradılır. Xidmət başa çatdıqdan sonra hesabatı mobil tətbiqdə görə bilərsiniz.

Hansı şəhərlərdə xidmət göstərirsiniz?

Hazırda PakMazar xidməti Bakı və Gəncə şəhərlərində təqdim olunur.

Məzarın dəqiq yerini bilmirəmsə, sifariş verə bilərəm?

Bəli. Məzarın yerini xəritədə dəqiq göstərə bilmirsinizsə, təxmini yerini qeyd etməyiniz və səsli mesaj vasitəsilə izah etməyiniz mümkündür. Təqdim etdiyiniz məlumatlar əsasında məzarın yeri araşdırılır. Məzar tapılmadığı halda ödənilmiş məbləğ geri qaytarılır.

Klassik və Xüsusi paket arasında fərq nədir?

Klassik paketə məzar daşının yuyulması və qurulanması, məzar ətrafındakı otların və zibillərin təmizlənməsi, həmçinin xidmətdən əvvəl və sonra foto hesabat daxildir. Xüsusi paket Klassik paketdəki bütün xidmətlərlə yanaşı, məzar daşının xüsusi təmizləyici vasitələrlə dərin təmizlənməsini, mərmər səthinə hopmuş kir və ləkələrin xüsusi vasitələrlə təmizlənməsini, həmçinin xidmətdən əvvəl və sonra foto və video hesabatı əhatə edir.

Xidmətin qiyməti necə müəyyən olunur?

Xidmətin qiyməti xidmət göstərilən şəhərə və seçilmiş paketə görə müəyyən olunur. Dəqiq qiymət sifariş zamanı mobil tətbiqdə göstərilir.

Təmizlikdən sonra görülən işi necə görə bilərəm?

Xidmət tamamlandıqdan sonra hesabat PakMazar mobil tətbiqində təqdim olunur. Klassik paketdə xidmətdən əvvəl və sonra foto hesabat, Xüsusi paketdə isə foto və video hesabat təqdim edilir.

Təmizlik vaxtını özüm seçə bilərəm?

Bəli. Sifariş zamanı mövcud tarixlər arasından təmizlik vaxtını seçə bilərsiniz. 24 saatdan daha tez tarixə sifariş vermək mümkün deyil. 24–48 saat aralığına verilən sifarişlər Express sifariş hesab olunur və 10 AZN əlavə ödəniş tətbiq edilir. 48 saatdan sonrakı sifarişlərə Express ödənişi tətbiq olunmur.

Ödəniş nə zaman edilir?

Sifarişin yaradılması zamanı xidmətin tam məbləği əvvəlcədən ödənilir.

Sifarişi necə verə bilərəm?

Sifariş PakMazar mobil tətbiqi vasitəsilə verilir.

Sifariş verdikdən sonra onu ləğv edə bilərəm?

Sifarişinizi ləğv etmək üçün PakMazar ilə əlaqə saxlamalısınız. Müştərinin istəyi ilə edilən ləğvlərdə ödənişin geri qaytarılması məsələsinə vəziyyətə uyğun olaraq ayrıca baxılır.

WhatsApp