NECƏ İŞLƏYİR?
Necə işləyir?
PakMazar-da sifariş prosesi mobil tətbiq vasitəsilə həyata keçirilir. Proses aşağıdakı addımlardan ibarətdir.
Necə işləyir?
- 1
Şəhər və qəbiristanlığı seçin
Xidmət göstərilən şəhəri və məzarın yerləşdiyi qəbiristanlığı seçin.
- 2
Mərhum haqqında məlumatları daxil edin
Mərhumun adını, soyadını, doğum və ölüm tarixini qeyd edin.
- 3
Məzarın yerini göstərin
Məzarın yerini xəritədə qeyd edin. Dəqiq yeri göstərə bilmirsinizsə, təxmini yeri səsli mesaj vasitəsilə izah edə bilərsiniz.
Təqdim etdiyiniz məlumatlar əsasında məzarın yeri araşdırılır. Məzar tapılmadığı halda ödənilmiş məbləğ geri qaytarılır.
- 4
Xidmət paketini seçin
Klassik və ya Xüsusi paketlərdən birini seçin.
- 5
Təmizlik vaxtını seçin
Sizə uyğun tarixi seçin.
24 saatdan daha tez tarixə sifariş vermək mümkün deyil. 24–48 saat aralığına verilən sifarişlər Express sifariş hesab olunur və 10 AZN əlavə ödəniş tətbiq edilir. 48 saatdan sonrakı sifarişlərə Express ödənişi tətbiq olunmur.
- 6
Ödənişi tamamlayın
Xidmətin tam məbləğini ödəyərək sifarişinizi təsdiqləyin.
- 7
Hesabatınızı tətbiqdən izləyin
Xidmət tamamlandıqdan sonra hesabatı PakMazar mobil tətbiqində əldə edirsiniz. Klassik paketdə xidmətdən əvvəl və sonra foto hesabat, Xüsusi paketdə isə foto və video hesabat təqdim olunur.